Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin IV kurs tələbəsi İlkin Namazov İspaniyanın paytaxtı Madriddə keçirilən, Avropanın ən böyük idman festivalı olan "Arnold Classic Europe" festivalında önəmli qələbə qazanıb. Belə ki, İlkin Namazov pauerliftinq üzrə "bench-press" (ştanqı sinədən sıxma)  və "deadlift" (yerdən ştanqı dartma) hərəkətlərində qızıl medala sahib olub.