Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci məşğələsi keçirilib.

 

Hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Moderator Elşad Abdullayev ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) haqqında təqdimatla çıxış edib.

 

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.