Qax şəhər 5 nömrəli tam orta məktəbdə “Tarixi şəxsiyyətlər”  mövzusunda “dəyirmi masa” keçirilib. Məktəb kitabxanasında keçirilən tədbirdə  müəllimlər,  VI  sinif şagirdləri iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd şagirdlərin düyagörüşünün artırılması, eyni zamanda Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidməti olan tarixi şəxsiyyətlər haqqında şagirdləri məlumatlandırmaqdır.  “Dəyirmi masa”da Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvləri, o cümlədən  Qax rayonunda  doğulmuş Baba bəy Qəbilzadə haqqında ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

 

Şakir CƏFƏROV