Gündəlik məsələ “otk.az” onlayn sınaq imtahanı platformasında keçiriləcək sınaq imtahanları üçün cavabı yazı ilə ifadə olunan tapşırıqların müzakirəsinin davamı olub


Dövlət İmtahan Mərkəzində (DİM) fizika, ədəbiyyat və rus dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

 

Fizika fənnindən iclasda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I və IV ixtisas qrupları üzrə imtahan modelinə uyğun cavabı yazı ilə ifadə edilən açıq tipli və situasiya tapşırıqlarının müzakirəsinin davamı olub.

 

Ədəbiyyat (rus bölməsi) fənnindən iclasda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün III ixtisas qrupu üzrə imtahan modelinə uyğun sınaq imtahanı üçün tapşırıq nümunələrinin müzakirəsi aparılıb.

 

Rus dili (xarici dil) fənnindən iclasda isə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları modelinə uyğun olaraq seçilmiş mətnlər və onlara verilən tapşırıqlar müzakirə edilib.

 

İclaslarda hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluq baxımından təhlil edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

 

Müzakirələr nəticəsində sınaq imtahanları üçün variantlar formalaşdırılıb.

 

İşçi qruplarının növbəti iclasları 15 noyabr 2023-cü il tarixində olacaq.