Noyabrın 3-də Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində vətəndaş məmnuniyyətinin artırılması məqsədilə təşkil edilən təlim proqramının bağlanış mərasimi keçirilib. 

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və proqram məzunları iştirak ediblər. 

 

Əvvəlcə təlimlərin gedişatına həsr olunmuş videoçarx nümayiş etdirilib. 

 

Sonra iştirakçılara idarəçilik sahəsində təlimçi Ahmet Kandemir tərəfindən “Effektiv liderlik” mövzusunda ustad dərsi keçilib.  

 

Sonda isə proqramı bitirən iştirakçılara sertifikatlar təqdim olunub. 

 

Qeyd edək ki, 2 – 20 oktyabr tarixlərində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən 700-dən çox təhsil işçisi təlim və ustad dərslərinə cəlb olunub.

 

Təlim proqramının təşkilində məqsəd təhsil işçilərinin müvafiq bilik və bacarıqlarının təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır.