Noyabrın 4-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi ilə “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni qanununun tətbiqi” seminarı keçirilib. 

 

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev seminar formatında keçirilən təlimlərin satınalma prosesinin planlaşdırılması, şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətini bildirib, əldə olunan biliklərin səmərəlilik və operativliyi artıracağına əminliyini vurğulayıb.

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sözügedən təlimlərin sahibkarlar və satınalan təşkilatlar üçün əhəmiyyətindən söz açıb. 

 

Tədbir dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, məxfiliklə bağlı qaydalar, tender təkliflərinin qiymətləndirilməsi mövzularında seminarlarla davam etdirilib.