Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın 2-ci iclasında iştirak məqsədilə 12 – 15 noyabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərinə səfər edib.


Səfər çərçivəsində Firudin Qurbanov həmçinin I Azərbaycan – Mərakeş Biznes Forumunda iştirak edib.