Sumqayıt Dövlət Universitetinin (SDU) təhsildə yüksək nailiyyətləri olan 2 tələbəsi: tarix və coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbəsi Nübar Osmanova və riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbəsi Ləman Əhədova “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

 

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov təqaüdə layiq görülmüş tələbələri rektor Rüfət Əzizovun adından təbrik edərək onlara təhsil fəaliyyətlərində uğurlar arzulayıb.