Balakən rayon, Qazbinə kənd tam orta məktəbində “STEAM-sizlərlə GƏLƏCƏK” layihəsinin icra prosesi yekunlaşmaq üzrədir.  Ötən ilin sentyabrından başlayan layihə üzrə dərslərə 15 şagird cəlb olunub. 5-9-cu sinif şagirdləri üçün keçirilən STEAM dərslərində məktəblilər 3D modelləşdirmə ilə real həyatda istifadə edə biləcəkləri modellər yaradaraq 3D printerdə çap etmək bacarığını formalaşdırırlar. Matatalab, Lazer CNC ilə tanışlıq və kəsim, VR və AR ilə iş öyrənirlər.

 

Layihə təlimçisi, STEAM müəllimi Nübar Qurbanova “Azərbaycan müəllimi”nə bildirib ki, dərs prosesində istifadə olunması məqsədi ilə Snapmaker 2.0 modular A250 en 3d laser engraving  printer, LEGO Education SPIKE Prime, Education starter kit for bbc microbit, Merge VR/AR headset, 3d pen v2, 3D Printer Filaments, Matatalab Pro SET ədəd , Matatalab Lite avadanlıqlar alınıb. Alınan bütün avadanlıqlar məktəbin invertar siyahısına əlavə olunaraq bu il də şagirdlərin istifadəsi üçün əlçatan olacaq.

 

Beynəlxalq SAF 2023 festivalında şagirdlərinin uğur qazandığını, 10 komanda içərisində II yerin sahibi olduqlarını deyən N.Qurbanova qeyd edib ki, layihənin əsas məqsədlərindən biri ucqar kənd məktəbində STEAM ləvazimatları əsasında şagirdləri ən son texnolojilərlə tanış etmək, beynəlxalq yarışlarda onların iştirakına şərait yaratmaqdan ibarətdir.

 

Layihənin icrası  25 yanvarda başa çatacaq.