Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin mükafatlandırılma tədbiri keçirilib.

 

Tədbirdə müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 42 şagird və müəllim iştirak edib.

 

"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı"na layiq görülən müəllimlər, Beynəlxalq STEAM Azərbaycan Festivalının final mərhələsinin qalibləri, Lütfi-Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin qalibləri təltif olunub.

        

Tədbirin bədii hissəsində Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin V sinif şagirdlərinin ifasında “Zəfər” mahnısı, Cəlilabad rayonu Hamarqışlaq kənd tam orta məktəbinin VI sinif şagirdi İbrahim Kərimzadə və Cəlilabad rayon Uşaq İncəsənət məktəbinin müəllimlərinin ifasında "Heyratı" ritmik muğamı, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Mehdi Nəsirovun ifasında “Xudayar təsnifi”, Lənkəran rayonu Bəliton kənd tam orta məktəbinin VII sinif şagirdi Səid Ağayevin ifasında isə “Sarı bülbül” Azərbaycan xalq mahnısı səsləndirilib.

                                                                                              

Şakir CƏFƏROV