Yanvarın 24-dən Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfərdədir.
 


Səfərin ilk günündə Giorgi Amilakhvarinin elm və təhsil naziri Emin Əmrullayevlə görüşü baş tutub. Görüş zamanı təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.

 
Giorgi Amilakhvari həmçinin ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb.