Yanvarın 24-dən Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfərdədir.
 

Səfərin ikinci günündə Giorgi Amilakhvari Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. 

 

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.