Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində olublar.

 

Səfər zamanı kollecin tələbələri universitet haqqında geniş təsəvvür əldə ediblər. Onlara universitetin tarixi, mövcud ixtisaslar, adlı auditoriyalar, texniki təchizat, quşçuluq, balıqçılıq lobarotoriyaları, istixanalar, tələbə evləri, bildirçin bəsləmə mərkəzi, maşın-traktor parkı, heyvandarlıq kompleksi haqqında ətraflı məlumat verilib.

 

Tələbələr anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir tələbənin diqqətini çəkib, onlarda xoş təəssüratlar yaradıb.