Asiya İnkişaf Bankının təşəbbüsü ilə Asiya və Sakit okean hövzəsi ölkələrində gender bərabərliyinə dəstək məqsədilə “Gender əsaslı büdcə təlimatı” sənədi hazırlanıb.

 

Təlimat sənədi gender əsaslı büdcənin səmərəli təşkili istiqamətində region ölkələrinin fiskal siyasət konseptləri və maliyyə idarəçiliyi üzrə təcrübələrini, habelə gender məqsədlərinin təmin olunması ilə bağlı müxtəlif yanaşmaları əks etdirir.

 

Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini İlqar Bayramlı və Təhsil İnstitutunun Layihələrin təşkili və idarə edilməsi şöbəsinin müdiri İbrahim Baxışlı sənədin hazırlanmasında iştirak ediblər və Azərbaycanda təhsil sektorunda gender büdcəsinin təşkilinə dair təcrübələrin paylaşılmasına dəstək göstəriblər.

 

https://www.adb.org/publications/budgeting-gender-quality-practical-guide