Daşkənddəki 2 nömrəli Cahan Dilləri Liseyində “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festival keçirilib. Özbəkistandakı səfirliklərin və mədəniyyət mərkəzlərinin qatıldığı festivalda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. İştirakçılara festival haqqında məlumat verilib.

    

Liseyin həyətində Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Azərbaycan milli mətbəxinə aid təamlar, şirniyyatlarımız da maraqla qarşılanıb.

  

Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.