AzTU da tələbələrə “3D qrafika”sı və “Coğrafi informasiya sistemləri” haqqında məlumat verilib


İnfoTech şirkətinin rəhbəri Tural Rəsulov və  şirkətin coğrafi informasiya sistemləri üzrə mütəxəssisi Abbas Abbaszadə Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb.

 

Seminarda iştirak edən AzTU-nun prorektoru, professor İsa Xəlilov onun mövzuları haqqında qısa məlumat verib və tədbirin gələcəkdə tələbələrin karyera qurmaları  üçün bir addım olduğunu bildirib.

 

Daha sonra İnfoTech şirkətinin təmsilçiləri tələbələrə “3D qrafikası” və “Coğrafi informasiya sistemləri” mövzularında seminar keçiriblər. Seminarda hər iki mövzunun bütün sahələri haqqında ətraflı məlimat verilib.

 

Tələbələr hər iki mövzunu maraqla dinləyiblər və onları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.