Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.
 
 
Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
 
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 11:00-a olan məlumata əsasən, 16864 bakalavr (Azərbaycan bölməsi - 15738; rus bölməsi - 1126) ərizəsini təsdiq edib.
 
 
Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də digər bakalavrlar Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.
 
 
Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edəcək.