Azərbaycan Milli Konservatoriyasinın tərkibində İncəsənət Gimnaziyasinın VI sinfində təhsil alan Əminə Hidayətlinin M.Ş.Vazeh adına Milli Kitabxanada sərgisi  keçirilib. Sərgidə onun 20-yə  yaxın  rəsm əsəri nümayiş olunub. "Zəfərin mübarək, Azərbaycan!", "Qoy həmişə sülh olsun!", "Qız qalası", “ Yeni il", "Yaz zanbaqları", "Qəbələdəki lavanda zəmisi" və s. rəsmləri sərgi iştirakçıları tərəfindən maraqla  qarşılanıb.

 

Əminə “Azərbaycan müəllimi”nə incəsənətə göstərdiyi marağını anladıb.

 

“Əlimə fırça alıb  nəsə bir rəsm çəkəndə onu əvvəl  fantaziyamın süzgəcindən keçirirəm, mövzü  üzərində  kifayət qədər düşünürəm.  Müxtəlif  boyalarla işlədiyim rəsmlərim beynəlxalq miqyaslı müsabiqələrdə yüksək qiymətlərə  layiq görülüb.  Həm kətan  üzərində, həm karton üzərində çalışıram. Birinci rəsm sərgim V  sinifdə keçirilib. Xarakterim sakit olduğundan  isti  rənglərə üstünlük  verirəm”-deyən Əminə  IX sinifdə  böyük fərdi sərgisini keçirməyi planlaşdırır.  

 

4 yaşında  Azərbaycan Rəsm Qalereyasına qəbul olunan Əminə  "Art Qalareya"da bir neçə sərgilərdə iştirak edib və mükafatlara layiq görülüb. Dəfələrlər respublikada va xarici ölkələrdə keçirilən rəsm müsabiqələrində iştirak edib, diplomarla mükafatlandırılıb. Yüzlərlə kitab kolleksiyaları olan Əminə həm də kitab həvəskarıdır, mütaliə etməyi çox sevir.

 

Sifai SƏFƏROVA