Lənkəran Dövlət Universitetində (LDU) “Beynəlxalq indekslər, elmi məqalələrin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda təlim keçirilib.

 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimdə LDU-nun professor-müəllim heyəti, doktorantlar, dissertantlar, magistr və tələbələr iştirak ediblər. Təlimçi Bakı Dövlət Universitetinin dosenti Pərviz Kazımi iştirakçılara elmi məqalələrin strukturunun formalaşdırılması, beynəlxalq indekslər, beynəlxalq jurnallarda Q1, Q2, Q3 nəşrlərlə bağlı elmi jurnalların araşdırılması və seçilmə qaydaları, saxta nəşrlərin aşkarlanması və s. barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.