ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını yaradıblar.

 

naukatv.ru saytının məlumatında bildirilir ki, “T-CUP” qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yavaşıdılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafıya (compressed ultra-fast photo - CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. “T-CUP” 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib.

 

Mütəxəssislər ümid edirlər ki, texnologiya biotibb sahəsində aparılan tədqiqatlarda və materialların öyrənilməsində faydalı olacaq. Həmçinin alimlər çəkiliş sürətinin saniyədə 1 kvadrilyon kadradək artırılması imkanının mövcud olduğunu bildirirlər.

 

Yusif ƏLİYEV