Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət şahmat komandası Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş şahmat üzrə yarışlarda I yeri tutub.

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, komandanın üzvləri kubok, diplom və medallarla təltif olunublar.