Noyabrın 2-də Azərbaycan Texniki Universitetininin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov universitetin fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan doktrantları və onların elmi rəhbərləri ilə görüşüb.

 

Rektor əvəzi  AzTU-da doktorantura proqramı üzrə təhsil alanlar üçün son illər yaradılan şəraitdən, görülən işlərdən danışıb. Professor Xalıq Yahudov qeyd edib ki, doktorantların elmi fəaliyyəti və aldıqları nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, bu nəticələrin konfranslarda məruzə edilməsi, həmçinin, elmi jurnallarda çapı təmin olunmalıdır.

 

Sonra AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsilin vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

 

Görüşdə mövcud problemlər müzakirə olunaraq bu problemlərin həll olunması istiqamətində fikir mübadiləsi aparılıb və tapşırıqlar verilib.