Gənc İbtidai sinif Müəllimləri Birliyi və Gənc Tərbiyəçi Müəllimlər Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) üzv olublar. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Gənc İbtidai sinif Müəllimləri Birliyinə Ülviyyə Ələkbərova, Gənc Tərbiyəçi Müəllimlər Birliyinə isə Aysel Orucova sədrlik edəcək.
 
Qeyd edək ki, Ülviyyə Ələkbərova Xəzər rayonu 124 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Gənc İbtidai sinif Müəllimləri Birliyinin əsas məqsədi ibtidai sinif müəllimlərinin birlik əsasında peşəkar səviyyəsinin artırılması, inteqrativliyin təmin olunması, layihələrə cəlb edilərək təkmilləşdirilməsi və bu sahədəki yeniliklərlə maarifləndirilməsinə dəstək verməkdir.
 
Aysel Orucova isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin əməkdaşıdır. Gənc Tərbiyəçi Müəllimlər Birliyinin yaradılmasının əsas məqsədi, öz növbəsində, Azərbaycanın müxtəlif regionlarında çalışan və bu istiqamətdə pedaqoji təhsil alan gələcək tərbiyəçi-müəllim namizədləri bir araya toplamaq, onların şəbəkəsini yaratmaq və dayanıqlı keyfiyyətə təminat verən tərbiyəçi-müəllim imicini formalaşdırmaqdır.