Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Enactus” komandası haqqında infosessiya keçirilib. 

 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ADPU “Enactus” komandasının rəhbəri Şahin Məmmədli komandanın fəaliyyəti və qazandığı uğurlardan danışıb. 
Daha sonra çıxış edən “Enactus Azərbaycan”ın rəhbəri Rəşad Zeynalov qeyd edib ki, “Enactus” dünya miqyasında məşhur biznes və sahibkarlıq layihəsidir. Bu layihədə Azərbaycan universitetləri də bir neçə ildir ki, aktiv iştirak edirlər.
 

Tədbir “Peşəkar ol! – Necə?” layihəsinin rəhbəri və moderatoru Raman İsmayılovun layihə barədə təqdimatı ilə davam edib. Qeyd olunub ki, layihə çərçivəsində ölkənin məşhur təlimçiləri – Rövşən Abdullaoğlu, Orxan Şahbaz, Nəcəf Allahverdiyev, Cəlalə Nəzəroğlu, Təbriz Hacınski və Elxan Sultanlının müxtəlif mövzularda təlimləri keçiriləcək. Təlimlər çərçivəsində “Enactus” komandasının formalaşdırılması prosesi davam edəcək və milli yarışda ADPU-nu təmsil edəcək şəxslər müəyyən olunacaq.