Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor V.Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib.
 
Mustafa Aydın isə qurucusu olduğu İstanbul Aydın Universiteti ilə bağlı geniş təqdimatla çıxış edib. Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
 
Daha sonra hər iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.