Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
 
Müəllimlər sənəd yoxlanışına gələrkən aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
 
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
 
– ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;
 
– əmək kitabçasının əsli.
 
Qeyd edək ki, sənəd yoxlanışı 14-15 may tarixlərində (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) təşkil olunacaq.
 
Müəllimlər şəxsi səhifələrində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.