Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşı, Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin aparıcı elmi işçisi astrometriya və fəza cisimləri üzrə fəlsəfə doktoru Bəhruz Əhədovun tədqiqat işi beynəlxalq nüfuzlu təşkilat olan “Amerika Geofiziklər Birliyi”nin (AGU)  elmi xəbər portalında ( Eos) müzakirə edilib və yayımlanıb.

 

Bu barədə “Azərbaycan müəllimi”nə  institutdan məlumat verilib.

 

EGU24 konfransında “Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil dinamikası: çox sensorlu peyk məlumatlarından istifadə etməklə Qızıl-Ağac Dövlət Qoruğunun tədqiqi” (“Caspian Sea Level Changes and Coastal Dynamics: A Case Study of the Gizil-Aghaj State Reserve Using Multi-Sensor Satellite Data”) mövzusunda təqdimat olub.

 

Konfrans müddətində AGU tərəfindən nəticələrin xəbərlər jurnalında paylaşılması  üçün müraciət edilib. Bununla bağlı Bəhruz Əhədovdan müsahibə də alınıb. Müsahibədə əldə edilən nəticələrə əsasən, yenilik, istifadə olunmuş data və metodlar, eyni zamanda işin regionda önəmi haqqında danışılıb, Xəzərin enməsi və onun sahil dinamikasına təsirindən bəhs olunub.

 

Ətraflı linkdə:  https://eos.org/articles/as-the-caspian-sea-recedes-tectonics-may-help-shape-its-coastline