Müxtəlif təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışları elektron şəkildə almaq mümkündür.
 
"Azərbaycan müəllimi" məlumat verir ki, bununla əlaqədar istifadəçilər https://portal.edu.az/ vasitəsilə ali və orta ixtisas təhsil pilləsində hazırda təhsil alanlar təhsil almaq barədə arayış əldə edə bilərlər.
 
Elektron arayış almaq üçün istifadəçilər portalda qeydiyyatdan keçərək "Şəxsi kabinet" yaratmalı və kabinetin elektron xidmətlər pəncərəsindən "Arayış əldə etmək üçün müraciət" bölməsinə daxil olub müvafiq arayış növü üzrə müraciət göndərməlidirlər.
 
Qeyd edək ki, elektron arayışlar portalda avtomatik formalaşdırılır və arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim etmək mümkündür.