Rəqəmsal Bacarıqlar təmayül 10-cu siniflərə qəbul üçün imtahan başlayır.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.
 
Bildirilib ki, imtahan 13-19 may tarixlərində onlayn şəkildə keçiriləcək. 
 
İmtahanda iştirak edəcək hər bir şagirdin qeydiyyat zamanı qeyd etdiyi elektron ünvanına (e-mail) imtahanda iştirak qaydaları haqqında məlumat göndərilib.