11 may 2024-cü il tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final turu keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 9 mərkəzdə keçirilən müsabiqənin nəticələrini 17 may 2024-cü il tarixindən etibarən kenquru24.az saytı vasitəsilə şəxsi kabinetinizdən əldə edə bilərsiniz.