Ölkəmizdə 2013-cü illə müqayisədə 2023-cü ildə 1-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirak faizi 2 dəfədən çox artıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitututunun şöbə müdiri İbrahim Baxışlı bu gün Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında təqdimatında qeyd edib.
 
Belə ki, 1-5 yaşlı uşaqlar üçün erkən təhsildə iştirak nisbəti 2013-cü ildə 16.2%, 2018-ci ildə 26.7%, 2023-cü ildə isə 35.3% təşkil edib. 
 
Çıxışda qeyd olunub ki, 2026-cı ilə qədər bacarıqlara əsaslanan təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi, ümumi təhsildə əsas məzmun islahatı kimi STEAM əsaslı təlimin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə kadrların ixtisasına uyğun fəaliyyətə əsaslanan idarəetmə və maliyyələşdirməni genişləndirmək (sertifikasiya və tədris fəaliyyəti), keyfiyyətə nəzarət mexanizmlərini təkmilləşdirmək və həyata keçirmək, ixtisasların, peşə ixtisaslarının, inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi, həmçinin ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün metodiki dəstəyin hazırlanması əsas hədəflərdəndir.