Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində müəllimlərin işə qəbulu üçün sual hazırlayan ekspertlərin növbəti təlim görüşləri keçirilib. 
 
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd iştirakçıları test və sorğu təhlilinin əsas nəzəri konsepsiyaları ilə tanış etmək, test nəticələrinin təhlili və şərhi üzrə məlumatlandırmaq, eləcə də mövcud qiymətləndirmə və sorğu alətlərinin təsirləri haqqında müzakirə aparmağa təşviq etməkdən ibarət olub. Təlim zamanı iştirakçılar müəllimlərin işə qəbulu üçün nəzərdə tutulan keyfiyyətli sual və testlərin tərtib olunması barədə biliklər qazanıblar.
 
Təlim layihənin baş eksperti Srdcan Verbiç tərəfindən aparılıb.