2020-ci ildə yüksək sürətli fiber-optik internetlə təmin olunan 220 məktəb sayını 2026-ci ilə qədər 1500-ə çatdırmaq hədəflənib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitututunun şöbə müdiri İbrahim Baxışlı Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında təqdimatında qeyd edib.
 
Şöbə müdiri deyib ki, 2020-ci ildə hər 36 şagirdə 1 kompüter düşürdüsə, bu nisbətin 2026-cı ilə qədər 6 şagirdə 1 kompüter şəklində olması qarşıda duran əsas məqsədlərdən biridir.