Mədəniyyət beşiyi, zəngin incəsənət irsi olan Şuşa növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, iyun ayının 1-də Şuşa şəhərində Türk dövlətlərinin məktəbliləri arasında "Şuşa Türk dövlətləri birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.
 
Qeyd edək ki, festival çərçivəsində Türk dövlətlərinin istedadlı gəncləri Şuşada bir araya gələcək, türk xalqlarının  mədəniyyət incilərini təqdim edəcəklər.