Mayın 14-də STEAM İnnovasiya Mərkəzində “Gənc Sahibkarlar: Gələcək Biznes Liderlərinin Gücləndirilməsi” layihəsinin hesabat tədbiri keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir çərçivəsində iştirakçılara layihənin nəticələri haqqında ətraflı məlumat verilib.
 
Yekunda isə qonaqlar STEAM İnnovasiya Mərkəzində yaradılan imkanlar ilə yaxından tanış oldular.
 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə 2023/2024-cü illərdə 51 rayonda 8000 nəfər şagirdi və 600 müəllimi əhatə edib.
 
Layihə bp və tərəfdaşlarının maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan - JAA İB-nin təşkilatçılığı ilə icra olunub.