Mayın 15-i saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə üzrə qeydiyyat prosesi mayın 22-si saat 11:00-dək davam edəcək.
 
Qeyd edək ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilir. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ətraflı məlumat üçün linkə keçid etməklə müsabiqəyə dair ən çox verilən suallarla tanış ola bilərsiniz.