Respublika fənn olimpiadalarında qalib şagird sayına görə ilk onluqda olan ümumtəhsil müəssisələrinin siyahısı açıqlanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan xəbər verilib.
 
Həmin məktəbləri təqdim edirik:
 
1. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey – 64 qalib 
2. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi – 37 qalib 
3. Gəncə şəhər, fizika, riyaziyyat və informatika təmayüllü lisey – 24 qalib 
4. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi – 22 qalib 
5. Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya -19 qalib 
6. Şəki şəhəri, Kimya, biologiya təmayüllü lisey – 13 qalib 
7. Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəb - 10 qalib  
8. Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına lisey – 10 qalib 
9. Şirvan şəhəri, 1 nömrəli tam orta məktəb – 7 qalib 
10. Şirvan şəhəri, Kimya biologiya təmayüllü lisey – 7 qalib
 
Qeyd edək ki, respublika fənn olimpiadalarının qalibləri ölkənin 46 müxtəlif rayon və şəhərindən, 204 müxtəlif ümumtəhsil müəssisəsində təhsil alanlardır. Həmçinin qalib olan 490 nəfərdən 9-u qəsəbə məktəbində, 74 nəfəri isə kənd məktəblərində təhsil alan şagirdlərdir.