2023-2024-cü tədris ilində VIII, IX, X və XI sinif şagirdləri arasında riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən Respublika fənn olimpiadalarında ən yaxşı nəticə göstərən kənd məktəblərinin siyahısı açıqlanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan xəbər verilib.
 
Həmin siyahıya liderlik edən 10 məktəbi sizə təqdim edirik:
 
1. Neftaçala rayonu, Aşağı Surra kənd Z.Əsgərov adına tam orta məktəb – 3 qalib 
2. Cəbrayıl rayonu, Tatar kənd tam orta məktəb – 3 qalib 
3. İsmayıllı rayonu, Diyallı kənd A.Məmmədov adına tam orta məktəb – 2 qalib 
4. Tovuz rayonu, Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəb – 2 qalib 
5. Quba rayonu, Əliməmmədoba kənd tam orta məktəb – 2 qalib 
6. Abşeron rayonu, Masazır kənd 2 nömrəli tam orta məktəb – 2 qalib  
7. Masallı rayonu, Sığdaş kənd tam orta məktəb  - 2 qalib 
8. Lənkəran rayonu, Şürük kənd tam orta məktəb – 2 qalib 
9. Saatlı rayonu, Varxankənd Ə.Şüküroğlu adına tam orta məktəb- 2 qalib 
10. Oğuz rayonu, Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəb – 2 qalib. 
 
Qeyd edək ki, şagirdləri qızıl medala layiq görülən 50 müxtəlif ümumtəhsil müəssisəsi arasında 13 məktəb kənd məktəbidir. Ümumilikdə, kənd məktəblərində təhsil alan 74 nəfər RFO-da qalib olub.