Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xəzər İnnovasiyalar Mərkəzinin təcrübə proqramının təqdimatı keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, təqdimat zamanı şirkətin İnsan Resursları üzrə meneceri Səadət Nurməmmədova təcrübə proqramı haqqında ətraflı məlumat verib.

 

Daha sonra şirkətin Öyrənmə və İnkişaf üzrə baş mütəxəssisi Fəridə Məmmədova “Rəqəmsal Əkizinizi Bizimlə Yaradın” adlı təqdimatla çıxış edib. O, xidmət sahələri, tərəfdaşlar, cari layihələr, təcrübə proqramı üçün müraciət və seçim prosesindən danışıb.

 

Şirkətin İnformasiya Təhlükəsizliyi üzrə baş mütəxəssisi Rauf Mahmudlu kibertəhlükəsizlik trendləri və təhlükəsizlik həlləri haqqında ətraflı təqdimatla çıxış edib.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb, tələbələr üçün məşğələ keçirilib.