"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin sənəd qəbulu mərhələsinə start verilib, artıq 16 000 namizəd ərizəsini təsdiq edib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli özünün “Facebook” səhifəsində yazıb.
 
N.İsmayılbəyli 21, 22 və 24 iyun tarixlərində sertifikatlaşdırma prosesinə cəlb olunacaq müəllimlərə imtahan dəvətləri göndərildiyini də bildirib.