Bakı Slavyan Universitetində (BSU) “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində keçirilən “Beynəlxalq bakalavriat (İB): missiya, təlim və qiymətləndirmə” təlimlərində iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.  

 

BSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetdə 2023-cü ilin sentyabr ayından etibarən “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində beynəlxalq bakalavriat proqramının müxtəlif istiqamətləri üzrə 8 təlim təşkil olunub. Təlimlərin keçirilməsində əsas məqsəd təhsil xidmətləri sahəsində müasir standartları və tələbləri nəzərə alaraq, Bakı Slavyan Universitetinin müəllimlik ixtisasları üzrə təhsil alan tələbələrinin beynəlxalq mühitdə rəqabətqabiliyyətliliyi üçün lazımi bilik, bacarıq və səriştələrlə təmin edilməsidir. Təlimlərdə universitetin 200-ə yaxın müəllimlik ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələri iştirak ediblər.

 

IB Dünya Məktəblərinin Qafqaz və Mərkəzi Asiya Assosiasiyasının (CCAAIBWS) sədri, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən keçirilən təlimlərdə 20 tələbə sertifikatla təltif olunub.