Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu dünyanın ən nüfuzlu universitetləri və elmi mərkəzlərinin reytinq cədvəlində 1656-cı yerdə qərarlaşıb.
 
"Azərbaycan müəllimi"nə institutdan verilən məlumata əsasən, tədqiqat Dünya Universitet Sıralamaları Mərkəzi tərəfindən aparılıb. Tədqiqat zamanı dünya üzrə 20 966 universitet və elmi mərkəzlər müxtəlif meyarlar üzrə 2000-i seçilib.
 
Reytinq cədvəlində Azərbaycandan yalnız Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu yer alıb.