“Məktəblinin dostu” layihəsi çərçivəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə “Heyvanlara qayğı” mövzusunda maarifləndirici görüş keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə veterinar həkim-cərrah, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Xətai Şirinov, həmçinin universitetin Baytarlıq təbabəti fakültəsinin tələbələri və məktəbin müəllim-şagird heyəti iştirak edib. 
 
Xətai Şirinov əvvəlcə şagirdlərə baytarlıq ixtisası barədə məlumat verib. Daha sonra o, küçə və ev heyvanlarına qayğı, heyvanlarla davranış qaydaları, onlara düzgün qulluğun göstərilməsi barədə danışıb və sonda şagirdlərin suallarını cavablandırıb.