Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idman növü üzrə respublika birinciliyi keçirilib. 
 
Beynəlxalq Badminton Federasiyasının qaydaları əsasında “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunan yarışda Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 100 nəfərə yaxın idmançı iştirak edib. Yarış 2010–2011, 2012-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilib.
 
Respublika birinciliyinin qalibləri diplom, medal və kubokla təltif olunublar.
 
Yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin irsini şagirdlərə aşılamaq, badminton idman növünü təbliğ etmək və məktəblilərin yarış təcrübələrini artırmaq olub.