Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) V tədris binasında olub.
 
ADPU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, səfir tədris mühiti və dərs prosesi ilə tanış olub.
 
C.Bağçı ADPU-nun Strateji İnkişaf Mərkəzinin fəaliyyəti, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə magistratura üzrə ikili diplom proqramı, bakalavr və magistratura səviyyələri üzrə “SABAH” qruplarının tələbələri, Elm və Təhsil Nazirliyi və Alqoritmika şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri ilə həyata keçirilən “Alqoritmika – rəqəmsal bacarıqların inkişafı” layihəsinin iştirakçıları üçün burada yaradılan tədris mühiti və dərs prosesinin təşkili haqqında məlumatlandırılıb.
 
Qeyd edək ki, ADPU-nun V tədris binasında təxminən 550 nəfərə yaxın tələbə təhsil alır.