SABAH qruplarının əhatə dairəsinin genişləndirilməsi planda var. 
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
 
O bildirib ki, bir sıra qərarlar artıq qəbul olunub, elanlar da verilir. 
 
"Yeni magistratura proqramları, yeni ixtisaslar haqqında da düşünürük. Bu, bizim üçün çox vacib, məhsuldar bir layihədir. Layihənin digər maraqlı tərəfi də budur ki, bir yerdə dayanmır. Canlı orqanizm kimi hərəkətdədir, görürük ki, transformasiya edir. Bunun özü də çox müsbət təcrübədir. Məsələn, incəsənət sahəsində olan qruplarda çox maraqlı insanlar görürük. Maraqlı layihələr təqdim edirlər. SABAH qruplarının məzunlarının müxtəlif müsabiqələrdə yaxşı yerlər tutduğunu müşahidə edirik" - deyə Ülkər Səttarova əlavə edib.