Yəqin ki, müəyyən zaman gələcək ki, Azərbaycanda imtahan modeli dəyişə bilər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
 
Onun sözlərinə görə, attestatla universitetlərə qəbul gözlənilmir.
 
"Siz bilirsiniz, 0 balla belə attestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil", - o əlavə edib.