Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilib.
 
Monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub. 
 
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.
 
Ölkə üzrə ümumi təhsil müəssisələrinin VI siniflərində təhsil alan şagirdlərin 98 faizindən çoxu monitorinqdə  iştirak edib. Qeyd edim ki, VI siniflər üzrə monitorinq prosesi bu il ilk dəfə tətbiq olunub və növbəti tədris illərində də davam etdiriləcək. 
 
İştirakçılığın maksimum təmin olunması, eyni zamanda hər hansı xüsusi xoşagəlməz halların baş verməməsi üçün həm Agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib.
 
Qeyd edək ki, monitorinq dünən IV siniflər, bu gün isə VI siniflər üzrə keçirilib. Ümumilikdə monitorinq prosesində 300 000-ə yaxın şagird iştirak edib.