Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, Çağrı Mərkəzinin 146 – 6 – 1 xidməti artıq istifadədir. Vətəndaşlar Qarabağ Universiteti ilə bağlı müvafiq nömrəyə zəng edə və suallarına qısa zaman ərzində cavab ala bilərlər. 
 
 
Əlavə olaraq bildiririk ki, universitetlə bağlı sualların cavablandırılması üçün (+994) 070 812 10 10 "WhatsApp" nömrəsi də istifadəyə verilib.