Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasının IV kurs tələbəsi Hümbət Əhmədzadə İsveç Xarici İşlər Nazirliyinin “SI Scholarship for Global Professionals” dövlət təqaüdünün qalibi olub.
 
Bu barədə “Azərbaycan müəllimi”nə BDU-dan məlumat verilib. 
 
Hümbət Əhmədzadə Gothenburg Universiteti tərəfindən təklif olunan “Sosial iş və insan hüquqları (Social work and human rights)” ixtisasında təhsil alacaq.
 
Qeyd edək ki, “SI Scholarship for Global Professionals” təqaüdü yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi, minimum 6.5 IELTS balı, İsveç universitetlərinin birinə qəbul, motivasiya və referans məktubları, iş təcrübəsi kimi şərtlərin ödənilməsini tələb edir. H.Əhmədzadənin təhsil aldığı müddətdə əldə etdiyi uğurlar, yerli və beynəlxalq təcrübə proqramlarında iştirakı onun təqaüdü əldə etməsinə imkan yaradıb.